• çərşənbə axşamı, 19 mart, 15:00
  • Baku Bakı 8°C

Bolqarıstan və Rumıniya birgə səyləri davam etdirir

20.10.18 12:00 325
Bolqarıstan və Rumıniya birgə səyləri davam etdirir
Bolqarıstan və Rumıniya Şenqen məkanına daxil olmaq üçün birgə səyləri davam etmək niyyətindədir.
AZƏRTACxəbər verir ki, bu məsələ Bolqarıstan parlamentində Rumıniya və Bolqarıstanın xarici işlər komissiyalarının sədri Dorel Keprarın və Tsvetan Tsvetanovun görüşündə müzakirə edilib.
T.Tsvetanov görüşdə bildirib ki, hər iki ölkə Şenqen məkanına daxil olmaq üçün bütün meyarları yerinə yetirib, amma buna baxmayaraq ədalətsizliklə üzləşərək məkana qəbul edilmir. Sədr iki ölkənin bir-birinə dəstək verməsinin vacibliyini və bu istiqamətdə daha güclü birliyin nümayiş olduğunu diqqətə çatdırıb.
Dorel Keprar da həmkarı ilə tam razı olduğunu bildirib. O iki ölkənin tam hazır olduğunu və Avropa İttifaqı qarşısında götürdükləri öhdəlikləri bundan sonra da yerinə yetirəcəklərini söyləyib. Rumıniya rəsmisi iki ölkə arasında təhlükəsizlik, sərhədlərin qorunması üzrə əməkdaşlığın inkişafını xüsusi vurğulayıb.
banner

Oxşar Xəbərlər