• şənbə, 27 Aprel, 06:12
  • Baku Bakı 12°C

Bolqarıstan prezidenti: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"

12.02.18 15:40 633
Bolqarıstan prezidenti: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"
Dağlıq Qarabağmünaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.
APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Bolqarıstan prezidenti Rumen Radev Ermənistana səfəri çərçivəsində ermənistanlı həmkarıSerj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Bolqarıstanın bu münaqişə ilə bağlı mövqeyi aydındır: "Bizim mövqeyimiz münaqişəninATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi vəAvropa İttifaqının köməyi ilə sülh yolu ilə həll olunmasıdır”.
Bolqarıstan lideri Azərbaycan və Ermənistan prezidentləri arasında aktiv dialoqun aparılmasının vacibliyini də vurğulayıb: "Dialoq emosiyalarsız olmalı, müdrikliyə əsaslanmalıdır”.
banner

Oxşar Xəbərlər