• cümə axşamı, 28 mart, 18:41
  • Baku Bakı 13°C

Bolqarıstan donuzçuluq təsərrüfatını itirə bilər

27.07.19 10:00 8111
Bolqarıstan donuzçuluq təsərrüfatını itirə bilər
Avropa komissiyasının nümayəndələri epidemioloji vəziyyətlə əlaqədar Bolqarıstana gəlib.
AZƏRTACxəbər verir ki, onlar Afrika vəbası virusunun ölkədə yayılmasının dərəcəsini dəyərləndirəcəklər. Avropanın səhiyyə və ərzaq təhlükəsizliyi üzrə komissarı Vityanis Andryukaytis bildirib ki, bolqar hökuməti hər evə gedərək vətəndaşlara böhranın qarşısını almaq üçün tədbirləri başa salmalıdır. O qeyd edib ki, təhlükənin qarşısını almaq üçün vaxt çox azdır və belə davam etsə Bolqarıstan donuzçuluq təsərrüfatından məhrum ola bilər.
Qeyd edək ki, Bolqarıstanın donuz fermaları Afrika vəbası virusu ilə qarşılaşıb. Son günlər ərzində 20 mindən çox donuz evtanaziya edilib.
banner

Oxşar Xəbərlər