• cümə axşamı, 25 aprel, 11:32
  • Baku Bakı 14°C

Bolqarıstan 9 ölkədə diplomatik mülkini satmaq niyyətindədir

11.02.19 11:00 455
Bolqarıstan 9 ölkədə diplomatik mülkini satmaq niyyətindədir
Bolqarıstan 2019-cu ildə diplomatik mülkünü 9 ölkədə satmaq niyyətindədir.
AZƏRTACxəbər verir ki, bu barədə "Sofia Globe” nəşri Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxaryevaya istinadla məlumat yayıb.
E.Zaxaryeva parlamentdə çıxışında bildirib ki, ABŞ, Arqentina, Belçika, Yunanıstan, Kanada, Kolumbiya, Nikaraqua, Uruqvay və Finlandiyada Bolqarıstanın diplomatik mülkləri satılması barədə düşünülür. Daşınmaz əmlakın əksəriyyəti saxlanması üçün böyük xərc tələb edən, eyni zamanda Bolqarıstanın yaxşı vəziyyətdə olmayan xarici ticarət ofisləri və Baş konsulluqlarıdır.
banner

Oxşar Xəbərlər