• cümə, 19 Aprel, 14:13
  • Baku Bakı 25°C

Boliviyanın müvəqqəti başçısı Anyes prezident seçkilərində namizədini irəli sürəcək

25.01.20 12:20 840
Boliviyanın müvəqqəti başçısı Anyes prezident seçkilərində namizədini irəli sürəcək
Boliviya Prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Janin Anyes, mayın 3-də keçiriləcək ölkə başçısı seçkilərində öz namizədini irəli sürəcək.
Xatırladaq ki, sabiq prezident Evo Morales Karlos Mesanın başçılıq etdiyi müxalifətin 20 oktyabrda kütləvi seçki pozuntularını elan etdikdən sonra ordunun təzyiqi ilə istefa edib və ölkədən gedib.
Onun ardınca Boliviyanın bütün yüksək rəhbərliyi istefa verib, hakimiyyət isə Senatın vitse-spikeri Janin Anyesə keçib. Hökümət yeni seçkilər elan edib.

Evo Moralesin qarşıdakı seçkilərdə namizəd kimi iştirak etməsi qadağan olunub. O, Argentinada yerləşib və oradan "Sosializmə doğru Hərəkat"ının prezidentlik kampaniyasına rəhbərlik edir. Boliviya Ali Seçki Məhkəməsi (TSE) ölkədə mayın 3-də prezident seçkiləri təyin edib.
banner

Oxşar Xəbərlər