• cümə, 29 Mart, 01:54
  • Baku Bakı 7°C

Boksçumuz yarışa qələbə ilə başladı

18.06.15 14:21 2355
Boksçumuz yarışa qələbə ilə başladı
Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan boksçuları da mübarizəyə qoşulub.
81 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov Oyunlara 1/16 finaldan start verib. Həmyerlimiz ilk sınaqda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə görüşüb və qalib gəlib – 3:0
64 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə qarşılaşacaq. Görüş saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan boks yığması yarışda bütün çəki dərəcələrində təmsil olunur.
banner

Oxşar Xəbərlər