AZE | RUS | ENG |

Boksçumuz Alfonso Dominges II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb

Boksçumuz Alfonso Dominges II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazanıb
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən Azərbaycan millisinin daha bir boksçusu dörddəbir final görüşündən uğurlu nəticə ilə ayrılıb.
Trend-in məlumatına görə, komandamızın üzvü Alfonso Dominges (81 kiloqram) yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. "Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn A.Dominges bu dəfə də rinqdə qələbə qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.
Boksçumuz yarımfinalda Matuş Strniskonu (Slovakiya) 5:0 hesabı ilə məğlub edən Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Qarşılaşma iyunun 28-də baş tutacaq.

Qeyd edək ki, A.Dominges yarımfinala yüksələn ikinci boksçumuzdur. Lorenzo Sotomayor da (69 kiloqram) Avropa Oyunlarının yarımfinala vəsiqəni təmin edib.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964