• cümə axşamı, 25 aprel, 03:52
  • Baku Bakı 19°C

Boksçularımız yarımfinala çıxdı - Yenilənib

24.06.15 13:56 2149
Boksçularımız yarımfinala çıxdı - Yenilənib
Apasport.az saytının məlumatına görə, kişilər arasında 75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən və 1/8 finalda fransalı Kristian Assomo-Hallier Mbilliyə qalib gələn Xaybuya Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olub. Boksçumuz belaruslu rəqibini də yarışdan kənarlaşdırmaqda çətinlik çəkməyib. Hər 3 raundda (29:28; 30:27; 29:28) üstün döyüşən Musalov növbəti mərhələyə adlayıb.
Bununla da yarımfinala yüksəlməklə, ən azı bürünc medalı özü üçün təmin edən boksçularımızın sayı 11-ə çatıb.
---------
13:00
Apasport.az saytının məlumatına görə, bu gün 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər nəzərdə tutulub.
Qadınlar arasında 60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olub. Dünya çempionatının finalçısı yarımfinal yolunda Zinayda Dobrinina ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
banner

Oxşar Xəbərlər