AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Boksçularımız dünya çempionatının yarımfinalında

Boksçularımız dünya çempionatının yarımfinalında

İdman
21 Noyabr 2014, 10:28 1058
Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iki üzvü yarımfinala vəsiqə qazanaraq, yarışın medallarını özlərinə təmin ediblər.

Avropa çempionu Yelena Vıstropova (69 kq) 1/4 finalda ABŞ təmsilçisi Danielle Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı Athena Bilonla qarşılaşacaq.

60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyeva da yarımfinala yüksəlib. Milli komandamızın üzvü 1/4 finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb – 3:0. Alekseyevanın növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.

Anna Əlimardanova isə (54 kq) 1/4 finalda uduzaraq, medal qazanmaq şansını itirib. Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub – 0:3.

Yarımfinal görüşləri noyabrın 23-də, finallar isə bundan bir gün sonra olacaq.