• cümə, 26 Aprel, 01:03
  • Baku Bakı 16°C

“Boka” İbra xəbərini təsdiqlədi

30.09.19 15:45 658
“Boka” İbra xəbərini təsdiqlədi
"Boka” Xuniors” Zlatan İbrahimoviçi transfer etməyi planlaşdırır.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı "Boko”nun direktorlar şurasının sədri Xorxe Anro verib. O bildirib ki, maliyyə durumları İbranı transfer etmək üçün münasibdir:
"Bəli, İbrahimoviç "Boka Xuniors”da oynamaq istəyir. Biz onu almağı planlaşdırırıq.
Hazırda maliyyə durumumuz yaxşıdır və İbranın transferini reallaşdırmağa imkan verir”.
37 yaşlı Zlatan 2018-ci ildən "Los-Anceles Qelaksi”də çıxış edir. İsveçli hücumçu cari mövsümdə MLS-də keçirdiyi 27 oyunda 28 qol vurub. Onun qüvvədə olan müqaviləsi 2019-cu ilin dekabrın 31-də başa çatır.
banner

Oxşar Xəbərlər