• cümə, 26 Aprel, 14:27
  • Baku Bakı 23°C

Bodruma gedən azərbaycanlı turistlərin sayı açıqlanıb

09.02.19 11:45 417
Bodruma gedən azərbaycanlı turistlərin sayı açıqlanıb
2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.
Ötən il Bodruma səfər edən turistlər arasında rusiyalılar çoxluq təşkil edib. Bu ölkədən Bodruma 97,5 min turist səfər edib.
Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.
banner

Oxşar Xəbərlər