• cümə, 29 Mart, 16:34
  • Baku Bakı 14°C

BNA yolların buz bağlayacağı ilə əlaqədar daşıyıcılara xəbərdarlıq edib

07.02.20 20:31 1200
BNA yolların buz bağlayacağı ilə əlaqədar daşıyıcılara xəbərdarlıq edib
Havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb.
Həmçinin, sürücülərə tövsiyə edilir ki, sürət həddinə əməl etsinlər, meteoroloji amilləri nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar:
"Ümumilikdə isə məlum qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.
Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir".
banner

Oxşar Xəbərlər