AZE | RUS | ENG |

BNA ictimai nəqliyyatda əsas problemləri açıqlayıb

BNA ictimai nəqliyyatda əsas problemləri açıqlayıb
"Yaxın 3-6 ay ərzində 700-dən çox nəqliyyat vasitəsi BNA-nın köməkliyi ilə nağdsız ödəniş sisteminə keçəcək”.
 
"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib.
 
M.Abbasovun sözlərinə görə, 2018-ci ilin 6 ayı ərzində ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə keçilməlidir.
 
"Bilirik ki, bəzi daşıyıcıların maddi problemləri var. Nağdsız ödəniş sisteminə keçilməsi üçün BNA bu daşıyıcılara da köməklik edəcək. Bundan başqa, bəzi daşıyıcılar sürücü çatışmazlığını da bəhanə edirlər. BNA bununla bağlı da həmin daşıyıcılara köməklik edəcək. Bildiyiniz kimi, BNA "D" kateqoriyalı sürücülük vəsiqəsi olan şəxslər üçün sürücü elanı verib. Bir çox insanlar var ki, "D" kateqoriyalı sürücülük vəsiqəsi olduğu halda işsizdir. Biz onları da sürücü-təlim bazasına cəlb edəcəyik. Daşıyıcılar sürücülərin iş saatı ilə bağlı işlərə də mütləq baxmalıdır", - deyə M.Abbasov vurğulayıb.
 
Qurum rəsmisi BNA-nın tələblərinə cavab verməyən daşıyıcı ilə bağlı tədbir görüləcəyini bildirib: "Dəfələrlə demişik ki, sürücülər işə götürülərkən tibbi arayış olmalıdır, ASAN xidmətdən məhkumluğunun olub-olmaması haqqında arayışı gətirməlidir, nəqliyyat vasitələri əsaslı təmir olunmalıdır, sürücülər işə götürülərkən sürücü təlim mərkəzindən təlimdən keçməlidir. Artıq son günlər baş verən yol qəzaları bizi məcbur edir ki, müəyyən tədbirlər həyata keçirək. Hansı daşıyıcı BNA-nın tələblərinə cavab verməsə, həmin daşıyıcı ilə BNA arasında bağlanmış müqaviləyə xitam veriləcək".
 
M.Abbasovun onu da vurğulayıb ki, Bakıda texniki baxımdan istismara yararlı avtobusların sayı azdır və ehtiyat avtobusların da olmaması əsas problemlərdən biridir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9326
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1384
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7192
KWD 1 1 Küveyt dinarı 5.5886
TRY 1 1 Türkiyə lirəsi 0.3191