• cümə, 19 Aprel, 14:49
  • Baku Bakı 25°C

BNA: Bəzi yollar buz bağlayıb

08.12.16 12:45 1120
BNA: Bəzi yollar buz bağlayıb
Faktikihavaşəraiti ilə əlaqədar olaraq, paytaxtın müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Bildirilir ki, bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində yerləşən Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilməkdədir: "Bu səbəbdən həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda BNA sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib".
banner

Oxşar Xəbərlər