• cümə, 29 Mart, 11:52
  • Baku Bakı 5°C

BNA: Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə "BakıKart”a keçidi gecikdirmək məqsədilə süni narazılıq yaradırlar

08.01.21 12:45 436
BNA: Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə "BakıKart”a keçidi gecikdirmək məqsədilə süni narazılıq yaradırlar
Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
Bu barədəAPA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, görüşdə problemlər və qarşıda duran vəzifələrə toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Bildirilib ki, bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də "BakıKart”a keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar. Qeyd olunub ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.
banner

Oxşar Xəbərlər