• cümə axşamı, 28 mart, 23:39
  • Baku Bakı 13°C

BNA: Bakıda əsas magistrallarda sürət həddi 2 dəfə azaldıldı

11.02.20 09:37 1580
BNA: Bakıda əsas magistrallarda sürət həddi 2 dəfə azaldıldı
Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, yollarda buz bağlama halı müşahidə olunmayıb:"Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur. Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh kəndivə Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub.
Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bir daha sürücülərdən ehtiyyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik.
Eyni zamanda piyadalara yolu qarşı tərəfə keçərkən mütləq piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".
banner

Oxşar Xəbərlər