• cümə axşamı, 25 aprel, 00:02
  • Baku Bakı 19°C

BNA: Avtobus qəzalarına səbəb daşıyıcı məsuliyyətsizliyi, sürücü səhlənkarlığıdır

12.01.18 11:50 403
BNA: Avtobus qəzalarına səbəb daşıyıcı məsuliyyətsizliyi, sürücü səhlənkarlığıdır
"Son 15 gün ərzində Bakı şəhərində baş verən yol qəzaları böyük rezonans doğurub”.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib.
M.Abbasovun sözlərinə görə, peşəkar və məsuliyyətli sürücülərin işə götürülməsi məsələsinə diqqət yetirilməlidir.
"Qəzalara səbəb daşıyıcı məsuliyyətsizliyi, sürücü səhlənkarlığından irəli gəlir. Bir şey bəllidir ki, sərnişinlərin təhlükəsizliyi daşıyıcıların üzərinə düşür", - deyə M.Abbasov vurğulayıb.
banner

Oxşar Xəbərlər