• cümə, 19 Aprel, 09:30
  • Baku Bakı 13°C

BMT TŞ Ukraynanın şərqindəki vəziyyətlə bağlı bəyanat qəbul edib

01.02.17 09:50 817
BMT TŞ Ukraynanın şərqindəki vəziyyətlə bağlı bəyanat qəbul edib
BMTTəhlükəsizlik Şurası Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahat olduğunu bəyan edib və atəşkəs rejimini dərhal bərpa etməyə çağırıb.
APA-nın xəbərinə görə, bu barədəBMTTŞ-nin bəyanatında bildirilir.
"TŞ üzvləri Ukraynanın şərqində vəziyyətin təhlükəli həddədək pisləşməsindən və bunun mülki şəxslərə təsirsiz ötüşmədiyindən ciddi narahatçılığı ifadə edib.BMTTŞ üzvləri atəşkəs rejimini dərhal bərpa etməyə çağırıblar”, - deyə mətndə bildirilir.
Qeyd olunan bəyanat layihəsi ötən gün Ukrayna tərəfindənBMTTŞ-ə təqdim edilib. TŞ qapalı məsləhətləşmələr zamanı Ukraynanın şərqində, xüsusən, Avdeyevkadakı vəziyyəti müzakirə edib.
Razılaşdırılmış sənəddə Donetsk bölgəsindəki təmas xətti boyunca Minsk sazişi ilə qadağan olunmuş topların istifadəsi qəti pislənir. Bunun mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olduğu vurğulanır.
TŞ üzvləri həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiklərini ifadə ediblər, 2202 saylı qətnaməyə və Minsk razılaşmalarına əməl edilməsinin vacibliyini vurğulayıblar.
Bundan əvvəl Ukrayna ordusunun nəzarətində olan Avdeyevka şəhərində atışmanın intensivləşdirilməsi səbəbindən yaşayış məntəqəsi su, istilik və işıqsız qalıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
banner

Oxşar Xəbərlər