• çərşənbə axşamı, 19 mart, 06:44
  • Baku Bakı 8°C

BMT TŞ Pakistanda törədilmiş terror aktını qınayıb

15.07.18 11:15 535
BMT TŞ Pakistanda törədilmiş terror aktını qınayıb
BMT Təhlükəsilzlik Şurası ötən gün Pakistanın Mastunq şəhərində baş verən terror aktını qınayıb.
Trend-in məlumatına görə, bu barədə BMT Təhlükəsilzlik Şurasının bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri iyulun 13-ü Pakistanın Mastunq şəhərində baş verən iyrənc və qorxaq terror aktını ən qətiyyətli şəkildə qınayıblar. Şuranın üzv ölkələri dərin təəssüflərini bildirir, həlak olanların ailələrinə və Pakistan hökumətinə başsağlığı verir və xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırlar".
Bəyanatda qeyd edilir ki, TŞ terrorizmi onun bütün formalarında və təzahürlərində beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri hesab edir.
Qeyd edək ki, ötən gün Pakistanın Mastunq şəhərində terrorçu-intiharçının özünü partladması nəticəsində azı 128 nəfər həlak olub, 200 nəfər isə xəsarət alıb. "Associated Press" agentliyinin məlumatına əsasən, İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
banner

Oxşar Xəbərlər