• şənbə, 20 Aprel, 15:38
  • Baku Bakı 23°C

"BMT TŞ hərbi tribunalların təşkilinə dair qətnamələr qəbul etməyib"

11.07.18 13:45 443
"BMT TŞ hərbi tribunalların təşkilinə dair qətnamələr qəbul etməyib"
"Ermənistan tərəfindən Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ dəBMTTəhlükəsizlik Şurası hərbi tribunalların təşkil edilməsi barədə qətnamələr qəbul etməyib”.
APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biri də budur: "Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə məsləhətləşmələr aparıb. Bu cür qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Ermənistan beynəlxalq məhkəmələrin yurisdiksiyasını qəbul etmir".
XİN rəsmisi qeyd edib ki, Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərə görə bir dövlət olaraq məsuliyyət daşımaqla yanaşı, bu ölkənin hərbi-siyasi rəhbərliyində olan, bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar:"Bunun üçün Ermənistan sivil davranışını nümayiş etdirərək bu şəxsləri cəzalandırmalıdır. Ermənistaninsan hüquqlarından dəm vurursa, bu kimi cinayətlərə də aydınlıq gətirməlidir".
banner

Oxşar Xəbərlər