• şənbə, 20 Aprel, 14:25
  • Baku Bakı 23°C

BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib

20.10.20 10:15 515
BMT TŞ Dağlıq Qarabağda atəşkəsə nəzarəti müzakirə edib
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.
Trned-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri üzrə jurnalistlərə açıqlamasında deyib.
V.Nebenzya bildirib: "Hazırda icranı (atəşkəs rejiminin icrasını - red.) təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib".
Onun sözlərinə görə, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir: "Əlbətdə ki, bu məsələ məsləhətləşmələr zamanı müzakirə olundu və Təhlükəsizlik Şurası yanaşmalarında kifayət qədər vahid mövqedən çıxış edib".

Eyni zamanda V.Nebenzya regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatının lazım olduğunu izah edib: "Bu sürətli bir proses deyil. Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub".
Daimi nümayəndə qeyd edib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: "Orada kimin olacağı və hansı vəzifəni icara edəcəyi - hələ müzakirə olunan bir məsələdir".

banner

Oxşar Xəbərlər