• cümə, 29 Mart, 15:01
  • Baku Bakı 14°C

BMT: Ötən il 56 sülhməramlı həlak olub

23.01.18 14:10 615
BMT: Ötən il 56 sülhməramlı həlak olub
2017-ci ildə 56 nəfərBMTsülhməramlısı zorakılığa məruz qalaraq öldürülüb.
APA-nın xəbərinə görə, bu barədəBMTbaş katibi Antoniu Quterriş təqdim etdiyi hesabatda qeyd edilib.
Hesabatda bildirilir ki, bu rəqəm son 24 ildə rekord göstərici sayılır.
A. Quterriş deyib ki, bu tendensiya artmaqda davam edir və onun qarşısını almaq üçün addımlar atmaq lazımdır.
Qeyd edək ki, mövcud artım tendensiyasınıdəyişmək və sülhməramlılar arasında ölüm hallarının sayını azaltmaq üçün 2017-ci ilin noyabr ayında təşkil olunmuş Komissiyanın nəticələri araşdırılıb vəBMTKatibliyi sülhməramlıların müdafiə potensialını artırmaq üçün bir sıra təkliflər hazırlayıb. Planın birinci mərhələsi 2018-ci ilin sonuna qədər başa çatdırılacaq. Bildirilir ki, burasülhməramlıların təlim metodlarının, eləcə də müharibə zonalarında onlara tibbi yardımın göstərilməsi prosedurunun yenidən nəzərdən keçirilməsi daxildir.
banner

Oxşar Xəbərlər