• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

BMT Təhlükəsizlik Şurası koronavirusu müzakirə edəcək

07.04.20 10:30 539
BMT Təhlükəsizlik Şurası koronavirusu müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası 9 aprel tarixində koronavirus infeksiyası ilə əlaqədarvəziyyəti müzakirə etmək üçün toplanacaq.
"Report” xəbər verir ki, bu barədə "RİA Novosti” Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat verib.
Qeyd olunub ki, qapalı rejimdə keçiriləcək iclas videokonfrans formatında olacaq.
İclasda ən azı 10 ölkənin iştirak edəcəyi planlaşdırılır: Almaniya, Estoniya, Belçika, Tunis, Vyetnam, İndoneziya, Dominikan Respublikası, Niger, Sent-Vinsent və Qrenadin.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus208ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı1 300 000-iötüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusupandemiya elan edib.
banner

Oxşar Xəbərlər