• çərşənbə, 24 Aprel, 00:51
  • Baku Bakı 14°C

BMT sülh mədəniyyəti problemlərini müzakirə edəcək

13.09.19 12:30 525
BMT sülh mədəniyyəti problemlərini müzakirə edəcək
Bu gün BMT Baş Assambleyasının sülh mədəniyyəti üzrə Bəyannamə və Proqramı qəbul etməsindən 20 il ötür.AZƏRTACtəşkilatın saytına istinadla xəbər verir ki, bu münasibətlə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında yüksəksəviyyəli Forum öz işinə başlayır.
Forumda BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa, 2011-ci il Nobel Sülh mükafatı laureatı Leyma Qbovi və digər natiqlər çıxış edəcək, dünyanın müxtəlif yerlərində silahlı münaqişələrə həsr olunmuş sənədli film nümayiş etdiriləcək.
Sülh mədəniyyəti üzrə Bəyannamə və Proqramda göstərilir ki, sülh mədəniyyəti bəşəri dəyərlərdən ən aktual və mühüm olanıdır. Həmin sənədlərin qəbul edilməsindən sonra növbəti - 2000-ci il Beynəlxalq Sülh Mədəniyyəti ili, 2001-2010-cu illər isə Beynəlxalq Sülh Onilliyi elan olunub.
Yüksəksəviyyəli Forumda BMT Baş katibinin adından dünya ictimaiyyəti və üzv dövlətlərə müraciət də qəbul ediləcək.
banner

Oxşar Xəbərlər