• cümə, 19 Aprel, 03:16
  • Baku Bakı 18°C

BMT QAK Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağdama səfər ediblər

06.05.16 15:24 1036
BMT QAK Azərbaycan nümayəndəliyinin əməkdaşları Ağdama səfər ediblər
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) Azərbaycan nümayəndəliyinin əməkdaşlarıAğdama səfər ediblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, heyətə nümayəndəliyin əməkdaşı Aleksandr Novikau rəhbərlik edir.

Səfərin məqsədi yerli hakimiyyət orqanlarının təmsilçiləri ilə görüşmək və təmas xəttində son hadisələr üzündən müvəqqəti yerdəyişmə etmiş insanların humanitar ehtiyacları barədə məlumat əldə etməkdir.

Nümayəndə heyətinin üzvləri ilk olaraqAğdamrayonunun icra başçısı Raqub Məmmədovla görüşüblər. Sonra onlar erməni zorakılığı nəticəsində ziyan çəkmiş məcburi köçkün ailələrinə baş çəkiblər.

Nümayəndə heyətinin Bərdə, Goranboy və Tərtər rayonlarına da səfəri gözlənilir. Səfər zamanı Fövqəladə Hallar Nazirliyinin, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin, Müdafiə Nazirliyinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin yerli nümayəndəliyi ilə görüşləri nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər