• cümə axşamı, 28 mart, 22:58
  • Baku Bakı 13°C

BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlir

08.09.16 11:24 762
BMT-nin xüsusi məruzəçisi Azərbaycana gəlir
BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.BMT-nin Bakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, M.Forst təşkilatın İnsan Haqları Şurası tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyətləndirilmiş müstəqil ekspertdir.
Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq.
Səfər müddətində xüsusi məruzəçi bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, o cümlədən vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.
Xüsusi məruzəçinın yekun hesabatı 2017-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunacaq.
banner

Oxşar Xəbərlər