• cümə, 26 Aprel, 23:14
  • Baku Bakı 22°C

BMT-nin Vyana bölməsində Beynəlxalq Novruz Günü qeyd edilib

20.03.18 19:30 592
BMT-nin Vyana bölməsində Beynəlxalq Novruz Günü qeyd edilib
Martın 20-də BMT-nin Vyana bölməsinin "Rotunda” salonunda Azərbaycan, Əfqanıstan, İraq, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTACxəbər verir ki, bayram mərasimində BMT-nin Vyana bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Vyana ofisinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri, Vyana ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə BMT-nin Vyana bölməsinin rəhbəri, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov açaraq, BMT-nin Baş katibi Antonio Quterreşin Novruz bayramı münasibətilə təbriklərini oxuyub.
Bildirilib ki, təbiətin oyanmasını müjdələyən, yeni ilin, yeni həyatın başlanğıcını bildirən Novruz daim insanlarda ümid, xoş gələcəyə inam və əmin-amanlıq arzusunu özündə ehtiva edir. Eyni zamanda, sülh, dostluq, insan haqları və insan ləyaqəti kimi dəyərlərinin qorunması ilə bağlı öhdəliklərimizi bizə xatırladan bu bayram bu dəyərlərə yenidən yüksək qiymət verməyimiz üçün yeni imkanlar açır.
Sonra İranın BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Reza Nəcəfi Novruz bayramını qeyd edən ölkələr adından çıxış edib.
Tədbirin bədii hissəsində müxtəlif ölkələrin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər, sonra isə milli yemək və şirniyyatlardan ibarət xüsusi guşələrdə qonaqlara ziyafət verilib.
banner

Oxşar Xəbərlər