• cümə, 29 Mart, 00:25
  • Baku Bakı 7°C

BMT-nin Qarabağ qətnamələri yerinə yetirilməlidir - İƏT baş katibi

06.03.14 12:15 1445
BMT-nin Qarabağ qətnamələri yerinə yetirilməlidir - İƏT baş katibi
“İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir və ölkənin Ermənistan tərəfindən təcavüz və işğala məruz qalması faktını tanıyır”.
Bu sözləri Bakıda APA-nın sualına cavab olaraq İslam Əməkdaşlıq Təşkilatının baş katibi Amin Madani deyib. O, bütün 57 üzv ölkə ilə birlikdə bu barədə dəqiq mövqe ortaya qoyduqlarını söyləyib: “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi haqqında qətnamələr qəbul edib. Bu sənədləri yerinə yetirmək lazımdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu qətnamələrin icrasını təmin etmək üçün siyasi iradə göstərməli və səmimi olmalıdır”.
A.Madani Azərbaycanın İƏT daxilində aktiv fəaliyyətini təqdir etdiyini bildirib. O xatırladıb ki, ötən il BMT TŞ-də sədrlik edən Azərbaycan BMT və İƏT arasında əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş təşkil edib. Baş katib Azərbaycanın Şərqi Yerusəlimin (əl-Qüds) inkişafında rolundan da danışıb. A.Madani Bakıda bu mövzuda keçirilən konfransı və Azərbaycanın Qüdsün inkişafına 5 milyon dollar ayırmasını yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər