• cümə, 26 Aprel, 16:59
  • Baku Bakı 23°C

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi missiyasını başa vurub

25.06.18 12:07 329
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi missiyasını başa vurub
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Furio De Angelis missiyasını başa vurub.

APA-nın xəbərinə görə, F.D.AngelisBMTQAK-ın təşviqat məqsədlərinin və yardım proqramlarının həyata keçirilməsində ona köməklik göstərmiş və beləliklə, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və rifahının təmin edilməsi işinə öz töhfəsini vermiş hökumətvə dövlət qurumlarındakı, vətəndaş cəmiyyəti, akademik dairələrvə diplomatik korpusdakı hər kəsə minnətdarlığını bildirib.

"Azərbaycanda yaşayaraq azərbaycanlılarınqonaqpərvərliyinə, nəzakətinə və istiqanlılığına bələd olmaq insanın yaşadığı elə hisslərdir ki, onların unudulması mümkün deyil. Sizin aranızda yaşadığım dövr yaddaşımda həmişəlik qalacaq”, - deyə F.D.Angelis söyləyib.
banner

Oxşar Xəbərlər