• şənbə, 20 Aprel, 01:12
  • Baku Bakı 15°C

BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

18.06.17 12:00 1085
BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
26 iyun "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” ilə əlaqədar əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlərin təşkili nəzərdə tutulub.
Silsilə tədbirlər Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə əsasən keçiriləcək.
Dövlət KomissiyasındanAZƏRTAC-a bildiriblər ki, tədbirlər şəhər/rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları tərəfindən təşkil ediləcək.
Tədbirlərdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak edəcəklər. Onlara mütəxəssislər tərəfindən narkomaniyanın doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar və bu sahədə mövcud problemlərin aradan qaldırılması yolları barədə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər