• cümə axşamı, 18 aprel, 11:57
  • Baku Bakı 12°C

BMT-nin “davamlı inkişaf məqsədləri indeksi” kifayət qədər ciddi illik hesabatdır

11.07.20 16:00 526
BMT-nin “davamlı inkişaf məqsədləri indeksi” kifayət qədər ciddi illik hesabatdır
Bu gün BMT-nin dünya ölkələri qarşısında strateji planı var və bu plana əsasən dünya yaxın 10 ildə hal-hazırkı problemlərin aradan qaldırılması istiqamətində addımlar atmalıdır. Söhbət qlobal problemlərdən gedir.
Dayanıqlı İnkişaf Məqsədlərinin qarşısında duran əsas məsələ mövcud problemlərin ilk öncə milli səviyyədə həllinə nail olunmasıdır. Xüsusilə bu gündəliyin əsas diqqət mərkəzində insan dayanır, sosial inkişafa daha çox önəm verilir, bu sosial inkişaf da həmçinin ekoloji və iqtisadi inkişafı təşviq edir. Məqsədlər təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də bərabərlik tələb edir ki, onlar iqtisadi, ekoloji və sosial bərabər cəmiyyətə sahib olsunlar.
Davamlı inkişaf- bəşəriyyətin inkişaf göstəricilərin seçilməsi və reallaşmasında özündə iqtisadi, ekoloji və sosial komponentləri birləşdirən sistemli yanaşmanın həyati vacibliyinin dərk olunmasını əks etdirən yeni inkişaf paradiqmasıdır. Davamlı inkişaf strategiyasının mənası bəşəriyyətin qeyri müəyyən uzun müddət var olması şərtlərini müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün insanların tələbatının elə şəkildə təmin olunması nəzərdə tutulur ki, bu biosferanın deqradasiyasına, gələcək nəsillərin maraqlarının sıxışdırılmasına gətirib çıxarmasın.
Nəzərə almaq lazımdır ki, davamlı inkişaf cəmiyyətin yalnız iqtisadi və ekoloji təhlükəsizliyi deyil, həmçinin dünyanın, ayrı-ayrı regionların siyasi, sosial inkişaflarıdır, sabitlikdir.
Burada söhbət, müasir cəmiyyətin dəyərlərinin və məqsədlərinin, insan fəaliyyətinin müxtəlif sferalarının istiqamət və məzmunun köklü şəkildə dəyişdirilməsi əsasında bəşər inkişafının yeni mərhələyə keçməsindən gedir. Çiçəklənmə, ədalət və ətraf mühir insanın daha yaxşı gələcək barədə arzularını ifadə edir.
Aclıq, yoxsulluq, vaxtından əvvəl ölüm, gender bərabərsizliyi, iqlim dəyişikliyi, keyfiyyətli təhsil əldə etmə, şirin su kimi ən müxtəlif sahələri əhatə edən problemlər hələ də qlobal sivilizasiyanın həll etməli olduqları mühüm sahələrdi.
Dayanıqlı İnkişafla bağlı ayrı-ayrı hesabatlar müxtəlif sənədlərdə əks olunur və ölkəmiz onlara çatmaq üçün davamlı iş aparır.
Biz ölkəmizin davamlı inkişafa aid olan müxtəlif hesabatlarda daima yuxarı pillələrdə olmasını əminliklə deyə bilərik. Məsələn, Azərbaycan inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli uğurlar qazanıb. Belə ki, ölkəmizin inklüziv inkişaf indeksi ötən il 4,69 faiz təşkil edib. Həmin göstərici ilə Azərbaycan bir çox dövlətləri, o cümlədən yüksək inkişaf səviyyəsinə malik ölkələri geridə qoyub. İnklüziv inkişaf göstəriciləri Azərbaycandan aşağı olanlar ölkələr arasında İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan kimi dövlətlərin adını çəkə bilərik.
2015-2030-cu illər üçün planlaşdırılan hədəflərə nail olmağa müxtəlif ölkələr fərqli səviyyədə hazırlıqlıdırlar. Respublikamızda aparılan ardıcıl iqtisadi və sosial siyasət sayəsində "Davamlı İnkişaf Məqsədləri”ndə yer alan və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox məsələləri müəyyən dərəcədə bizim ölkəmizdə artıq yerinə yetirilib. Hazırda BMT, Dünya Bankının dərc etdirdikləri məlumatlara görə, Azərbaycan Respublikası bir çox davamlı inkişaf göstəriciləri üzrə bu gün İƏİT-ə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) daxil olan, "böyük iyirmilik” (G 20) və "böyük yeddilik” (G 7) qruplarına üzv bir çox dövlətləri üstələyib.
Digər misal. Dünya Bankının məlumatlarına əsasən 2001-ci illə müqayisədə Azərbaycan Respublikasında enerji istifadəsi səmərəliliyinin artımı 329 faiz təşkil edib ki, bu, olduqca yüksək göstəricidir. Digər region ölkələrində dəyişikliklər ya çox gözəçarpan deyil, ya da ümumiyyətlə yoxdur.
O ki qaldı, bu ilki "davamlı inkişaf məqsədləri indeksi”nin nəticələrinə görə regionda ilk yeri tutmağımıza bunun yalnız bir səbəbi var. Prezidentin başçılığı ilə BMT-nin 2030 hədəfinə ölkəmizdə ciddi yanaşılır və rəsmi Bakı bu sahədə sistematik iş planına sahibdir. Şərqi Avropa və Mərkəzi Asiya regionunda "davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9 olmasını nəzərə alsaq, mümkün 100 baldan 72,6 bal toplamaq görülən işlərin nəticəsidir. Hesabatda 54-cü yer tutan Azərbaycanı, Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan114-cü mövqeləri tutmaqla izləyirlər. Ölkəmizrifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib.
Zaur Məmmədov,
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,
Bakı Politoloqlar Klubunun sədri
banner

Oxşar Xəbərlər