• cümə, 29 Mart, 03:36
  • Baku Bakı 7°C

BMT-nin Baş katibinin Dünya Əhali Günü münasibətilə müraciəti yayılıb

11.07.19 13:52 626
BMT-nin Baş katibinin Dünya Əhali Günü münasibətilə müraciəti yayılıb
Bu gün beynəlxalq ictimaiyyət Dünya Əhali Gününü qeyd edir.AZƏRTACBMT-nin saytına istinadla xəbər verir ki, bu münasibətlə təşkilatın Baş katibi Antonio Quterreşin müraciəti yayılıb.
BMT Baş katibinin müraciətində deyilir ki, planetimizdə sabitliyin və inkişafın gələcəyi demoqrafik proseslərə nəzarətdən asılıdır. A.Quterreş əlavə edib: "Əhalinin sayının və yerdəyişməsinin sürətlə artması, yaşlanma və urbanizasiya kimi proseslər böyük imkanlar yaratmaqla yanaşı, həm də ciddi iqtisadi, ekoloji və sosial problemlər yaradır. Bu gün dünya əhalisinin sayı 7,7 milyard nəfərə çatıb və artım tempi durmadan davam edir. Həmin rəqəm 2015-ci ildə 9,7 milyard, əsrin sonunda isə 11 milyard nəfərə çatacaq”.
A.Quterreşin müraciətində qeyd olunub ki, əhalinin sayının artması onun qocalması, doğuş səviyyəsinin azalması və sürətli urbanizasiya ilə müşayiət olunur. Bu proses müxtəlif ölkələrdə ayrı-ayrı demoqrafik problemləri üzə çıxarır. "Bir çox az inkişaf etmiş ölkələr üçün dayanıqlı inkişaf sahəsində çağırışlar əhalinin sayının sürətlə artması və iqlim dəyişikliklərinin fəsadları ilə çətinləşir. Başqa ölkələr isə əhalinin yaşlanması problemi ilə üz-üzə qalıb. 2050-ci ildə dünya əhalisinin 68 faizi şəhərlərdə yaşayacaq və bu səbəbdən iqtisadi və sosial inkişafa nail olmaq hədəfinə çatmaq üçün demoqrafik problemlər daha yaxşı idarə olunmalı, urbanizasiya nəzarətdə saxlanılmalıdır”, - deyə Baş katibin müraciətində vurğulanır.
Müraciətdə bildirilib ki, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində həyata keçiriləcək qlobal proqram sağlam planetdə hamı üçün ən yaxşı gələcəyin qurulmasını nəzərdə tutur. Baş katib əlavə edib: "Dünya Əhali Günündə etiraf edirik ki, bu missiya demoqrafik tendensiyalarla, o cümlədən əhalinin sayının artması, onun yaşlanması, urbanizasiya və miqrasiya ilə əlaqədardır”.
A.Quterreş xatırladıb ki, bu ilin noyabrında Nayrobidə Qahirə konfransının 25-ci ildönümü münasibətilə tədbir keçiriləcək. O, bütün ölkələrin liderlərini həmin tədbirdə iştirak etməyə dəvət edib. Qahirədə keçirilmiş konfrans dünya ölkələrinin hökumətləri üçün demoqrafik problemlərin həllində "yol xəritəsi”ni təsdiq etmişdi.
banner

Oxşar Xəbərlər