• çərşənbə, 24 Aprel, 11:21
  • Baku Bakı 13°C

BMT-nin Baş katibi İslamabadda Pakistanın baş naziri və xarici işlər naziri ilə görüşəcək

15.02.20 09:30 976
BMT-nin Baş katibi İslamabadda Pakistanın baş naziri və xarici işlər naziri ilə görüşəcək
BMT-nin Baş katibi Antoniu Quterreş fevralın 16-da İslamabadda Pakistanın Baş naziri İmran Xan və xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Ducarrik bildirib.
Rəsmi nümayəndə deyib: "Baş katib bazar günü İslamabada gələcək. Baş nazir İmran Xan, xarici işlər naziri Mahmud Qureyshi ilə ikitərəfli görüşlər keçirəcək və davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda tədbirdə çıxış edəcək".
Bildirib ki, Quterreşin fevralın 17-də Pakistan prezidenti Arif Alvi ilə görüşü planlaşdırılıb.
banner

Oxşar Xəbərlər