• cümə axşamı, 25 aprel, 09:00
  • Baku Bakı 14°C

BMT-nin baş katibi İrana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

19.02.18 10:00 513
BMT-nin baş katibi İrana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
BMT-nin baş katibi Antoniu Quterreş İrana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.
Trend-in məlumatına görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.
O, bildirib: "Baş katib həlak olanların ailələrinə, İran İslam Respublikasının xalqına və hökumətinə səmimi başsağlığı verir".
Qeyd edək ki, ötən gün İranda "Aseman Airlines" aviaşirkətinə məxsus "ATR 72-500" sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində təyarədə olan 60 sərnişin və 6 heyyət üzvünün hamısı həlak olub.
banner

Oxşar Xəbərlər