• cümə axşamı, 25 aprel, 00:45
  • Baku Bakı 19°C

BMT-nin Baş Assambleyası Gürcüstan qaçqınları ilə bağlı qətnamə qəbul edib

13.06.18 09:50 449
BMT-nin Baş Assambleyası Gürcüstan qaçqınları ilə bağlı qətnamə qəbul edib
BMT-nin Baş Assambleyası Gürcüstan tərəfinin təqdim etdiyi Abxaziya və Cənubu Osetiya məcburi köçkünlərinə dair qətnamə layihəsini Rusiyanın etirazına baxmayaraq qəbul edib. APA-nın xəbərinə görə, qətnamənin qəbul edilməsinə 81 ölkə səs verib, 16 ölkə əleyhinə, 62 dövlət isə bitərəf qalıb.
BMTBaş Assambleyasının qətnaməsində 2008-ci ilin avqustunda baş vermiş silahlı münaqişədən sonra yaranmış humanitar vəziyyətdən və mülki əhalinin növbəti məcburi yerdəyişməsindən narahatlıq ifadə edilib.
Qətnamədə Qafqazda münaqişələr nəticəsində zərər çəkmiş olan bütün məcburi köçkünlərin və qaçqınların yaşadığı ərazilərə təhlükəsiz və maneəsiz qayıtmasının zəruriliyi qeyd edilib.
Sənəddə demoqrafik vəziyyətin zorla dəyişdirilməsinin yolverilməz olduğu qeyd olunub.
banner

Oxşar Xəbərlər