AZE | RUS | ENG |

BMT-nin Baş Assambleyası Gürcüstan qaçqınları ilə bağlı qətnamə qəbul edib

BMT-nin Baş Assambleyası Gürcüstan qaçqınları ilə bağlı qətnamə qəbul edib
BMT-nin Baş Assambleyası Gürcüstan tərəfinin təqdim etdiyi Abxaziya və Cənubu Osetiya məcburi köçkünlərinə dair qətnamə layihəsini Rusiyanın etirazına baxmayaraq qəbul edib. APA-nın xəbərinə görə, qətnamənin qəbul edilməsinə 81 ölkə səs verib, 16 ölkə əleyhinə, 62 dövlət isə bitərəf qalıb.
 
BMT Baş Assambleyasının qətnaməsində 2008-ci ilin avqustunda baş vermiş silahlı münaqişədən sonra yaranmış humanitar vəziyyətdən və mülki əhalinin növbəti məcburi yerdəyişməsindən narahatlıq ifadə edilib.
 
Qətnamədə Qafqazda münaqişələr nəticəsində zərər çəkmiş olan bütün məcburi köçkünlərin və qaçqınların yaşadığı ərazilərə təhlükəsiz və maneəsiz qayıtmasının zəruriliyi qeyd edilib.

Sənəddə demoqrafik vəziyyətin zorla dəyişdirilməsinin yolverilməz olduğu qeyd olunub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000