• cümə, 26 Aprel, 13:56
  • Baku Bakı 23°C

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Azərbaycan hökumətini təbrik edib

21.06.17 16:50 791
BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Azərbaycan hökumətini təbrik edib
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai ölkəmizin ilk dəfə olaraq əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təbrik məktubu göndərib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, təbrikdə bildirilir: "Mən AzərbaycandaBMT-nin Ölkə üzrə İdarə Heyəti adından Azərbaycan Hökumətini ölkənizin 2017-2020-ci illəri əhatə edən müddət üçün Beynəlxalq Əmək Təşkilatının İdarəetmə Şurasına daimi üzv seçilməsi münasibəti ilə təbrik edirəm. "2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi” və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədi əksər Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərində geniş təsbit olunmuş, "davamlı inklüziv və dayanıqlı inkişafı, tam və məhsuldar məşğulluğu və hamı üçün layiqli əmək imkanlarını təşviq etmək” məqsədini daşıyan 8-ci Məqsəddə xüsusi vurğulanan layiqli əmək, məşğulluğun artırılması, sosial müdafiə, iş yerində hüquqlar (əmək hüquqları) və sosial dialoq kimi amilləri əhatə edir.BMTsistemiBMTİnkişaf Proqramının rəhbərliyi ilə Azərbaycana milli planlarda və siyasətlərində Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsinə yardım etmək məqsədi ilə digər sahələrlə yanaşı, xüsusilə gənclər və qadınlar üçün daha yaxşı məşğulluq və layiqli əmək imkanlarının təşviq olunmasında qlobal məqsədləri milli inkişaf prioritetləri ilə uzlaşdırmaq üçün yaxın vaxtlarda akivləşdirmə, sürətləndirmə və siyasətə dəstək (MAPS) missiyasını Azərbaycana göndərmişdir. BizƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən missiyaya göstərilən dəstəyə görə çox minnətdarıq”.
SənəddəBMTtərəfindən həyata keçirilən qlobal tədbirlərdə Azərbaycanın rolu və dəstəyi yüksək dəyərləndirilib və İdarəetmə Şurası vasitəsilə BƏT-lə birgə fəaliyyətdə Azərbaycan Hökumətinə uğurlar ifadə olunub: "Azərbaycan vətəndaşlarının öz əmək fəaliyyətini sərbəst seçmək və sosial müdafiə hüquqlarından yararlanması üçün bərabər imkanların təşviqində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəBMTAgentlikləri arasında əməkdaşlığın daha da güclənəcəyinə, Azərbaycanda dayanıqlı inkişafa nail olunmasında layiqli əmək imkanının rolunun artacağına ümid edirik”.
banner

Oxşar Xəbərlər