• cümə axşamı, 25 aprel, 14:56
  • Baku Bakı 23°C

BMT-nin 75 illiyi ilə əlaqədar başladılmış qlobal sorğu davam edir

28.06.20 16:45 488
BMT-nin 75 illiyi ilə əlaqədar başladılmış qlobal sorğu davam edir
Birləşmiş Millətlər Təşkilatının (BMT) 75-ci ildönümü ilə əlaqədar başlanmış qlobal sorğu davam edir.
Trend-in məlumatına görə, bir dəqiqə sürən sorğunun iştirakçıları qlobal problemlər və onların çözüm yollarına dair fikirlərini bildirmək, eləcə də BMT-nin baş katibinə konkret təkliflər verə bilərlər.
Qeyd edək ki, sorğunun nəticələri bu ilin sentyabrın 21-də Nyu-Yorkda BMT-nin 75 illiyinə həsr olunmuş sammitdə dünya liderlərinə və BMT rəsmilərinə təqdim olunacaq. Bundan başqa, sorğu iştirakçılarının cavabları hazırlanmaqda olan "Vision 2045” (Baxış 2045) qlobal sənədinin əsasını təşkil edəcək.

Azərbaycan dilinə tərcümə olunmuş sorğuda iştirak etmək üçün:https://un75.online/?lang=aze

banner

Oxşar Xəbərlər