• şənbə, 20 Aprel, 14:03
  • Baku Bakı 23°C

BMT Misir hökumətini Anadolu agentliyinin həbs edilmiş əməkdaşlarını buraxmağa çağırıb

17.01.20 10:15 635
BMT Misir hökumətini Anadolu agentliyinin həbs edilmiş əməkdaşlarını buraxmağa çağırıb
BMT Misir hökumətini Anadolu agentliyinin həbs edilmiş əməkdaşlarını buraxmağa çağırıb.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat yayıb. Məlumatda BMT-nin hadisələrin son inkişafından və həbs edilənlərin vəziyyətindən narahat olduğu bildirilir. Qeyd olunur ki, Misir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə müvafiq olaraq beynəlxalq sazişlərin iştirakçısı kimi KİV-in azadlığını müdafiə etməlidir. "Biz sizi həbs edilənləri buraxmağa çağırırıq”, - deyə Stefan Düjarrik vurğulayıb.

banner

Oxşar Xəbərlər