• cümə, 19 Aprel, 14:17
  • Baku Bakı 25°C

BMT "İday" siklonundan zərər çəkənlərə yardım üçün 20 milyon dollar ayırıb

20.03.19 10:45 312
BMT "İday" siklonundan zərər çəkənlərə yardım üçün 20 milyon dollar ayırıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi Mozambik, Zimbabve və Malavidə "İday" siklonundan zərər çəkənlərə yardım üçün 20 milyon dollar ayırıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok Mozambik, Zimbabve və Malavidə "İday" tropik siklonundan zərər çəkənlərə yardım üçün BMT-nin fövqəladə hallara operativ reaksiya üzrə mərkəzi fondundan 20 milyon dolların ayrılması barədə sərəncam verib. Bu məbləğin böyük hissəsi ən çox zərər çəkmiş ölkə kimi Mozambikə ayrılacaq".
Qeyd edək ki, daha əvvəl Mozambikdə "İday" siklonu nəticəsində baş verən daşqınların azı 200 nəfərin ölümünə səbəb olduğu barədə məlumat verilmişdi.

banner

Oxşar Xəbərlər