• cümə, 19 Aprel, 08:17
  • Baku Bakı 13°C

BMT: Dünya son 100 ilin ən sərt böhranını yaşayır

26.01.21 11:37 369
BMT: Dünya son 100 ilin ən sərt böhranını yaşayır
Dünya COVID-19 pandemiyası nəticəsində son bir əsrin ən sərt iqtisadi böhranına daxil olub.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu BMT-nin Baş katibi Antoniu Qutiyerreş deyib.
Onun sözlərinə görə, 2 milyondan artıq insan COVID-19-dan həyatını itirib və bundan əlavə, pandemiya iqlim qeyri-sabitliyi, ölkələr və insanlar arasında bərabərsizlik kimi qlobal problemləri də üzə çıxarıb.
A. Qutiyerreş qeyd edib ki, 2021-ci ildə dünyanın pandemiyadan bərpa olunma prosesini "kövrək vəziyyətdən dayanıqlı vəziyyətə” keçməyə istifadə etməsi üçün unikal fürsəti var.
Bundan başqa, BMT-nin baş katibi vurğulayıb ki, COVID-19-un mutasiyaya uğramış variantı və vaksinasiyanın gecikməsi ölümləri artıra bilər və o, bu səbəbdən vaksinləri ixtira edən ölkələri peyvəndlərin istehsalını artırmağa çağırıb.

banner

Oxşar Xəbərlər