• şənbə, 20 Aprel, 13:28
  • Baku Bakı 23°C

“BMT böyük dövlətlərin çubuğu ilə oturub-durur”

20.06.14 11:33 1098
“BMT böyük dövlətlərin çubuğu ilə oturub-durur”
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında sədrin birinci müavini Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, bu gün millətlərin hüququnun müdafiəçisi olan BMT böyük dövlətlərin çubuğu ilə oturub-durur: “Beynəlxalq hüquq böyük dövlətlər üçün əyləncədir”. Z.Əsgərov bildirib ki, Bakıda keçirilən NATO PA seminarında azərbaycanlı deputatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri açıqlamaqdan ibarət olub: “Fikrimcə, buna müəyyən qədər nail ola bildik. İkinci məqsəd Azərbaycanın Avroatlantik məkanda əhəmiyyətini vurğulamaqdan ibarət olub. Bu məsələ də geniş şəkildə müzakirə olundu. Beynəlxalq hüquq çox dərin böhrandadır. Heç onun qapısını döyən də yoxdur. Kimin problemini həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Amma obyektivlik istəyən kimsə ora müraciət etmir. Beynəlxalq hüquq bir sıra dövlətlərin əlində məşğuliyyət, əyləncədir, kiçik dövlətlər üçün məhdudiyyət. Böyük dövlətlər yığışırlar, şərab içirlər, özləri ilə məşğul olurlar, bizə isə deyirlər ki, beynəlxalq hüquq sizin üçün yaradılıb”. Birinci vitse-spiker bildirib ki, Metyu Brayza onunla söhbətində ikili standartlar olduğunu təsdiqləyib: “Deməli, biz bu reallıqla nəzərə alıb işləməliyik. Hər kəs özü öz qayğısına qalmalıdır. Bəli, bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Amma özümüzü də gücləndirməliyik. Prezident, dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq”.
Millət vəkili Fazil Mustafa isə Azərbaycanda “Çağ Öyrətim” məktəblərinin və “Araz” kurslarının bağlanmasına etiraz edib. Deputat bildirib ki, hər kəs bir müddət sonra bu qərarın nə qədər yanlış olduğuna və Azərbaycan təhsilini ağır zərbə vurduğuna şahid olacaq: “Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinəyəm. On minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyəti işsiz qalacaq. Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa, qəbulu dayandırardılar, amma orada təhsil alanlar təhsilini davam etdirərdilər. Bu məktəblərin taleyi ilə bağlı qərarı bu cür vermək olmaz. Turan Yazqanın da məktəbi var. O da sıxışdırılıb. Nə olar ölkədə rus məktəbi, türk məktəbi də olsun. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm”.
Deputat Qüdrət Həsənquliyev Fazil Mustafanın çıxışına etiraz edib: “Mən Fazil Mustafanın türk məktəblərinin bağlanması ilə bağlı narahatlığını bölüşmürəm. Məktəblər dövlətin təsiri altındadır. Hər hansı dinin və ideologiyanın təsiri altında olmamalıdır. Ona görə ARDNŞ-ın qərarını alqışlayıram. Vaxtında verilmiş düzgün qərardır”.
banner

Oxşar Xəbərlər