• cümə, 19 Aprel, 06:04
  • Baku Bakı 13°C

BMT Baş Məclisinin 71-ci sessiyası işə başlayır

13.09.16 09:48 895
BMT Baş Məclisinin 71-ci sessiyası işə başlayır
BMTBaş Məclisinin 71-ci sessiyası işə başlayır.
"Report” xəbər verir ki, sessiyanı beynəlxalq təşkilatın yeni sədri Piter Tompson açacaq.
Baş Məclisdə sentyabrın 19-da ilk dəfə dövlət və hökumət başçıları səviyyəsində qaçqınların və miqrantların genişmiqyaslı yerdəyişməsi məsələsi müzakirəyə çıxarılacaq.
Sessiyanın açılışından bir həftə sonra dövlət, hökumət başçılarının və xarici siyasət idarələri rəhbərlərinin ənənəvi iştirak etdiyi ümumsiyasi müzakirələrə start veriləcək. Müzakirələr sentyabrın 20-dən 26-dək keçiriləcək.
BMT-nin İctimai informasiya departamenti tərəfindən iştirakçıların ilkin siyahısı ilə bağlı yayılmışsiyahıya əsasən iclasda təxminən 100 ölkə yüksək səviyyədə iştirak edəcək. Onların arasında ABŞ, Fransa, Azərbaycan, Polşa, Misir, Sloveniya, Finlandiya, Böyük Britaniya, Çin, Türkiyə, Yəmən, Əfqanıstan və başqa dövlətlər var.
banner

Oxşar Xəbərlər