• cümə axşamı, 25 aprel, 19:25
  • Baku Bakı 21°C

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Astanaya gəlib

22.01.17 09:30 885
BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Astanaya gəlib
BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura Suriya üzrə danışıqlarda iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gəlib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bu gecə Suriya müxalifətinin nümayəndə heyətinin də Astanaya gələcəyi gözlənilir.
Suriya üzrə danışıqlar yanvarın 23-də Qazaxıstan paytaxtında başlayacaq. Rusiya, Türkiyə və İran nümayəndə heyətləri artıq Astanadadır. ABŞ Xarici İşlər Nazirliyi Astanaya Vaşinqtondan nümayəndə heyəti göndərilməyəcəyini, toplantıya Birləşmiş Ştatların Qazaxıstandakı səfirinin qatılacağını bildirib.
banner

Oxşar Xəbərlər