• cümə, 29 Mart, 16:32
  • Baku Bakı 14°C

BMT baş katibi Trampın miqrasiya fərmanlarına qarşı çıxıb

01.02.17 22:38 1033
BMT baş katibi Trampın miqrasiya fərmanlarına qarşı çıxıb
BMTbaş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanlarını tənqid edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, o, ABŞ-da tətbiq edilən son məhdudiyyətlərin terrorçulardan müdafiə üçün kifayət etmədiyini vurğulayıb.
"Fərmanlar dini diskriminasiya xarakteri daşıyır, müasir cəmiyyətin prinsipləri və dəyərlərinə ziddir.Bu fərmanlar ləğv edilməlidir. Nə qədər tez, o qədər yaxşı”, deyə Antoniu Quterreş bildirib.
Qeyd edək ki, D. Tramp ötən həftəİraq, İran,Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
banner

Oxşar Xəbərlər