• cümə axşamı, 25 aprel, 02:39
  • Baku Bakı 19°C

BMT baş katibi Myanmar üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır

26.04.18 09:15 416
BMT baş katibi Myanmar üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır
BMT-nin baş katibi Antoniu Quterriş Myanmar üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə "Reuters” agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Adıçəkilən vəzifəyə hazırda İsveçrənin Almaniyadakı səfiri Kristina Şraner-Burqener təyin ediləcək. Məlumata əsasən, bununla bağlı qərar yaxın günlərdə rəsmən elan olunacaq.
Ötən ilin avqustunda Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan ştatında yerli müsəlmanlara hücumları nəticəsində çox sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

banner

Oxşar Xəbərlər