• cümə axşamı, 25 aprel, 12:22
  • Baku Bakı 23°C

BMT baş katibi İsrailin Fələstində məskunlaşmanı leqallaşdırmasını qanunsuz adlandırıb

08.02.17 13:40 722
BMT baş katibi İsrailin Fələstində məskunlaşmanı leqallaşdırmasını qanunsuz adlandırıb
BMTbaş katibi Antoniu Qutteriş İsrail parlamentinin Fələstin ərazisində qəsəbələrin tikintisinin leqallaşdırılmasını beynəlxalq qanunvericiliyin pozulması adlandırıb.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında xəbər verilir.
"Bu qanun beynəlxalq qanunvericiliyin pozulmasıdır və onun ciddi fəsadları İsraili ardınca aparacaq" – deyə Qutteriş bildirib.
O, həmçinin "İki xalq üçün iki dövlət" planına təsir edə biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, İsrail parlamenti Fələstinin ərazisində qəsəbələrin qanuniləşməsi haqqında qanun qəbul edib.
banner

Oxşar Xəbərlər