• şənbə, 20 Aprel, 06:35
  • Baku Bakı 14°C

BMT baş katibi: “Dağlıq Qarabağdla bağlı "dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır”

22.02.17 13:40 767
BMT baş katibi: “Dağlıq Qarabağdla bağlı "dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır”
BMTDağlıq Qarabağ münaqişəsi tərəflərini davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.
APA-nın məlumatına görə, bu barədəBMTbaş katibinin Avropadakı münaqişələrlə bağlı qurumun Təhlükəsizlik Şurasının açıq debatlarına təqdim olunan qeydlərində deyilir.
Baş katib Antonio Qutyerres bildirib ki, bu kimi münaqişələrə dair istifadə olunan "dondurulmuş münaqişə” ifadəsi yanlışlığa aparır: "Sülh müqaviləsi imzalanmasa və tətbiqedilməsə, zorakılığın yenidən başlaması riski qalır. Biz buna Cənubi Qafqazda, Dağlıq Qarabağda ötən ilin aprelində şahid olduq.BMTATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir. Biz münaqişə tərəflərini gərginliyin azaldılmasına və münaqişənin qarşısının alınmasına dair razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə çağırırıq”.
A Quttyerres deyib ki, təkcə atəşkəs rejiminin gücləndirilməsi və əvvəlki öhdəlikləri yerinə yetirməklə bağlı yox, davamlı və hərtərəfli danışıqlar prosesinin bərpası üçün də tərəflər siyasi iradə nümayiş etdirməlidir.
banner

Oxşar Xəbərlər