• çərşənbə axşamı, 23 aprel, 20:09
  • Baku Bakı 20°C

BMT baş katibi Azərbaycan prezidentini təbrik edib

24.04.18 17:27 503
BMT baş katibi Azərbaycan prezidentini təbrik edib
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşİlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ən xoş arzularımı çatdırıram. Sizinlə Birləşmiş Millətlər Təşkilatının həm Azərbaycandakı rezident əlaqələndiricisi, həm də digər qurumları vasitəsilə qarşılıqlı maraq doğuran məsələlər üzrə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Biz AzərbaycanınBMT-nin əsas dəyər və prinsiplərinə, o cümlədən dünyada sülhün, təhlükəsizliyin, davamlı inkişafın və insan hüquqlarının təmin olunmasına dair dəyər və prinsiplərinə sadiq olduğuna inanırıq. Əminəm ki, Sizin əzmkar rəhbərliyinizlə Azərbaycan bundan sonra da gənclərin üzləşdiyi problemlərin həllində və mədəniyyətlərarası dialoq məsələlərində əhəmiyyətli rolunu qoruyub saxlayacaq. Bildiyiniz kimi,BMTuzun müddətdir davam edən Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həll olunması üçünATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Ümidvaram ki, bu istiqamətdə səylər daha da fəallaşacaq və bütün Cənubi Qafqaz regionunun xalqları üçün əbədi sülhə və tərəqqiyə nail olunması yolunda müsbət nəticələr verəcək. Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
banner

Oxşar Xəbərlər