• cümə axşamı, 28 mart, 19:42
  • Baku Bakı 13°C

BMT Baş Assambleyası Krımda insan haqlarına dair Ukraynanın qətnaməsinə baxacaq

16.11.16 09:47 662
BMT Baş Assambleyası Krımda insan haqlarına dair Ukraynanın qətnaməsinə baxacaq
Ukraynanın Krımda insan haqlarına dair qətnaməsiBMTBaş Assambleyasında müzakirəyə çıxarılacaq.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insan haqları sahəsindəki vəziyyətin beynəlxalq monitorinqinə çağıran sənədBMTBaş Assambleyasının sosial, humanitar və mədəniyyət məsələləri üzrə Üçüncü Komitəsi tərəfindən qəbul edilib.

Səsvermədə bütün ölkələr iştirak etməyib. Sənəd 73 ölkə tərəfindən dəstəklənib, 23 ölkə əleyhinə, 76 ölkə bitərəf olub. Layihə bir çox Avropa ölkələri və ABŞ tərəfindən dəstəklənib, Rusiya, Çin, Serbiya, Kuba, Hindistan, Qazaxıstan və s. ölkələr əleyhinə çıxış edib.

Azərbaycan səsvermədə iştirak etməyib.

Sənəd Rusiyanı insan haqları sahəsində müşahidələr aparan beynəlxalq missiyaların və qeyri-hökumət hüquq müdafiə təşkilatlarını Krıma maneəsiz girişini təmin etməyə çağırır.

Sənəddə Krım tatarları, ukraynalılar və digər etnik və dini qruplara mənsub olan şəxslər də daxil olmaqla, ümumilikdə, Krım sakinlərinə qarşı tətbiq edilən praktika, insan haqlarının pozulması halları, diskriminasiya tədbirləri pislənib.
banner

Oxşar Xəbərlər